Misir məhkəməsi “Müsəlman qardaşları” hərəkatının mənəvi lideri Məhəmməd Bədia və qurumun daha 13 fəalı barəsində edam hökmü çıxarıb.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, məhkəmənin qərarı ölkənin Ali Müftilər şurasına təqdim edilib. Hökmün icrası avqustun 3-ə planlaşdırılıb.
Məhəmməd Bədia, onun iki müavini Xeyrat əş-Şətir və Rəşad Bayyumi “əhali arasında iğtişaş və qarşıdurma” yaratmaq ittihamı ilə mühakimə olunublar.
70 yaşlı M.Bədia Qahirənin cənubunda “Tora” adlı ciddi rejimli həbsxanada saxlanılır. O, 2013-cü il avqustun 20 ölkə paytaxtının şimal-şərqində, Mədinət Nəsr rayonunda tutulub.