Ukrayna prezidenti Pyotr Poroşenko Avropa Şurası Parlament Assambleyasının yay sessiyasına dəvət olunub.
APA-nın məlumatına görə, P.Poroşenko AŞPA-nın iyunun 26-da keçiriləcək plenar iclasında çıxış edəcək.
Qeyd edək ki, gələn həftə AŞPA-nın yay sessiyası öz işinə başlayır. Sessiyanın plenar iclaslarında Avropa Şurası baş katibi vəzifəsinə seçkilər keçiriləcək, Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov çıxış edəcəklər.