https://525.az/img/pics/medium/2024-04/311502_gkhqky4ifd.jpg Səssiz dünyanın balaca sakinləri
https://525.az/img/pics/medium/2024-01/301055_9vh7brhgcd.jpg Mir Cəlalın hekayələri: sadə mətnlər, dərin mətləblər - Dilarə Adilgil yazır
https://525.az/img/pics/medium/2024-04/311500_xw6kn8fjkv.jpg “100 illik şanlı tarix” adlı tədbir keçirilib
https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
search
26 Aprel 2024

"Xarici klublarda azərbaycanlı futbolçulara ehtiyac yoxdur"

"Xarici klublarda azərbaycanlı futbolçulara ehtiyac yoxdur"

"Bizim futbolçular üçün Azərbaycandan kənara çıxmaq çox çətindir. Çünki böyük məbləğdə pulu elə burada da qazanırlar. Nadir hallarda kimsə sırf karyera üçün xaricə üz turur".

525.az saytına açıqlamasında bu sözləri milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Vaqif Cavadovun "İnter"dən ayrılaraq Türkiyənin I liqa təmsilçisi "Qaziantep  Böyükşehir Belediyespor" klubuna keçməsinə münasibət bildirən təcrübəli mütəxəssis futbolçularımızın xarici klubların yüksək liqalarında oynamağa hazır olmadığını bildirib: "Azərbaycan futbolu aşağı səviyyədə olduğu üçün digər ölkələrdə tanınmır. Bunun üçün reklam xarakterli işlər görülməlidir ki, futbolçumuzun biri xarici kluba gedəndə digərlərini də özü ilə apara bilsin. Ancaq təəssüf ki, bu gün futbolçularımıza yüksək liqada yarışan xarici klublarda ehtiyac yoxdur. Eləcə də Türkiyə superliqasında. Buna görə də Vaqif Cavadov Türkiyənin aşağı liqa təmsilçisnində oynamağa məcbur olub".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.