Bu il Ramazan ayı münasibəti ilə ilk dəfə olaraq Gürcüstan Müsəlmanları İdarəsinin təşəbbüsü və yerli icra hakimiyyətlərinin dəstəyi ilə müsəlmanların sıx yaşadığı Marneuli və Qardabani şəhərlərində təbrik bannerləri quraşdırılıb.
Bu barədə "Yeniufuq.org"-a Gürcüstan Müsəlmanlarının şeyxi Ramin İgidov məlumat verib.
Onun sözlərinə görə, “Ramazan ayınız mübarək!” yazılı trafaretlərin bir ay müddətində aslı qalacağı planlaşdırılıb: "Biz Gürcüstan Müsəlmanları İdarəsi olaraq bu istəyimizin yerinə yetirilməsində bizə dəstək olan dövlət qrumlarına minətdarlığımızı bildiririk."