İyulun 17-də Almaniyanın kansleri Angela Merkelin 60 yaşı tamam olur.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bu məqsədlə keçiriləcək mərasimə minə yaxın adam dəvət edilib.
“Berlin müzakirəsi” adlı tədbir Xristian Demokrat Partiyasının mənzil-qərargahında keçiriləcək. Baş məruzəçi neyrobioloq Volf Zingerdir.
Fizik Angela Doroteya Kasner, evlilik soyadı Merkel, 2005-ci ildən Almaniyanı idarə edir.