Ukraynanın şərqində separatçılar “Buk” zenit-raket sistemindən “MiQ-29” qırıcı təyyarəsini vurublar.
APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə Antiterror Əməliyyatın sözçüsü Vladislav Seleznyov bildirib.
“Yenakiyevo rayonunda terrorçular “Buk” zenit-raket sistemindən Ukrayna ordusuna məxsus “MiQ-29” qırıcı təyyarəsini vurublar. Dinc sakinlər arasında itkilərin qarşını almaq məqsədilə pilot təyyarəni yaşayış məntəqəsindən kənara aparıb”, deyə Seleznyov bildirib.