Azərbaycanın Şəki rayonunda partlayış olub.
Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri, 17-ci rayon Şərqbablar küçəsi dalan 2, ev 9 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1973-cü il təvəllüdlü Teymurov Rahim Zahid oğlu maye qaz balonundan istifadə edərkən partlayış baş verib. Partlayış nəticəsində Rahim Teymurov bədəninin üz və əl nahiyəsindən 2-ci dərəcəli yanıq xəsarəti alaraq Şəki Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.