Prezidentin mətbuat xidməti tərəfindən, daimi saxlanılmaq məqsədilə Dövlət Kino-Foto Sənədləri Arxivinə 9 kinosənəd təqdim edilib.
Milli Arxiv İdarəsindən verilən məlumata görə, kinosənədlər dövlətimizin beynəlxalq əlaqələrini, regional layihələrin müzakirəsini və icrasını, enerji və humanitar təhlükəsizliyə həsr olunmuş tədbirləri, cari ilin iyununda növbəti dəfə Bakıda keçirilən Xəzər neft-qaz sərgisini və sərgidə Prezident İlham Əliyevin çıxışını, Fransa prezidentinin Azərbaycana rəsmi səfərini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfərini, "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimini və ölkə başçısının digər mühüm görüşlərdə iştirak və çıxışını əks etdirir.
Hazırda sənədlərin milli arxiv fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənədin müfəssəl məzmunu və elmi-məlumat bazası hazırlanır.
S.ABDULLAYEVA