Azərbaycanda Qafqazın ən böyük tələbə şəhərciyi tikilir.
Lent.az-ın məlumatına görə, Qafqazda ən böyük kampus Bakı Ali Neft Məktəbinə məxsus olacaq.
Ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a bildirilib ki, kampus (tələbə şəhərciyi) gələn tədris ilində istifadəyə veriləcək.Kampus Bibiheybət ərazisindədir və hazırda Xətai rayonunda yerləşən ali məktəb həmin şəhərciyə köçürüləcək.
Yeni şəhərcik tədris prosesini elmi-tədqiqat işləri ilə vəhdətdə həyata keçirməklə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün platforma olacaq.
Bakı Ali Neft Məktəbi, Azərbaycan prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı əsasında ARDNŞ-nin tərkibində yaradılıb.