Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərzinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından “Xilas yolunun yolçuları” adlı növbəti kitabı işıq üzü görüb.
525.az-ın Mərkəzin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, kitabda Əziz Əd-Din İbn Məhəmməd Nəsəfi, Məhəmməd Əbu Hamid Əl-Qəzali, İbn Əl-Ərəbi, Rumi Cəlalləddin İbn Bahuddin, Hüseyn İbn Mənsur Həllac kimi sufilərin yaradıcılığından edilən tərcümə nümunələri daxil edilib.
Kitabı dilimizə yazıçı-tərcüməçi Afaq Məsud çevirib.