23 yaşlı oğlanı böyrəyindən vurdular
Bakı şəhərinin Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. 1 saylı şəhər xəstəxanasından Lent.az-a bildirilib ki, 1989-cu il təvəllüdlü Eminov İsmayıl Mayıl oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Böyrək nahiyəsindən ağır xəsarət almış gənc əməliyyat edilib. Yaralı barədə polisə məlumat verilib.
Polisin apardığı ilkin araşdırmalardan sonra məlum olub ki, 23 yaşlı E.İsmayılov Nizami küçəsində, “Xəqani” ticarət mərkəzinin qarşısında bıçaqlanıb. Gəncin vəziyyəti ağır olduğundan onun ifadəsini almaq hələlik mümkün olmayıb.
Araşdırmalar davam etdirilir.