Macarıstan baş naziri Viktor Orban Avropa İttifaqı ölkələrinə müraciət edərək ölüm hökmünün bərpasını müzakirə etməyə çağırıb.
APA-nın BBC-ə istinadən verdiyi məlumata görə, V. Orbanın fikrincə, ağır cinayətlərə görə mövcud cəzalar çox yumşaqdır və bu üzdən Macarıstanda ölüm hökmü bərpa olunmalıdır.
Xatırladaq ki, Macarıstanda ölüm cəzası 1990-cı ildə ləğv edilib.