Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınıb.
525.az-ın DİN-in saytına istinadən veridyi məlumata görə, baş verən cinayətlərdən 25-i “isti izlər”lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalan 6 cinayətin üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Cinayət törətdiklərinə görə 25 nəfər tutulub.