Daxili İşlər Nazirliyi (DİN) müğənni Tacir Şahmalıoğlunun qardaşının dənizdə batması faktı ilə bağlı məlumat yayıb.
525.az-ın DİN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 31-də Sumqayıt şəhəri ərazisindəki dəniz çimərliyində Bakı şəhər sakini Mahir Allahverdiyev dənizdə skuter sürərkən yıxılaraq boğulub.
Hazırda meyitin sudan çıxarılması üçün tədbirlər görülür.