Türkiyənin Diyarbəkir vilayətində hərbi avtomobilin partladılması nəticəsində 23 əsgər yaralanıb.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident Kocaköy - Lice yolunda qeydə alınıb.
Yaralı əsgərlərin 17-si Diyarbəkır Hərbi Xəstəxanasına, 6-sı isə Dəclə Universitetinin Tibb Fakültəsi Xəstəxanasına çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.
Hadisənin ardından bölgədə bəzi giriş-çıxış yolları bağlanıb, qaçan terroristlərin tutulması üçün genişmiqyaslı əməliyyat başlayıb.