Türkiyə-Suriya sərhədində vurulan Rusiya təyyarəsinin Türkiyənin hava məkanını pozduğunu hesab edir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiya təyyarəsinin vurulması ilə bağlı NATO-dakı digər müttəfiqlərin məlumatı Türkiyənin məlumatı ilə üst-üstə düşür.
“Müttəfiqlərin təqdim etdiyi rəy Türkiyədən aldığımız məlumatla üst-üstə düşür”, deyə Yens Stoltenberq qeyd edib.
Qeyd edək ki, Türkiyənin xahişi ilə bu gün Brüsseldə NATO Şurasının səfirlər səviyyəsində təcili toplantısı keçirilib.