Avropa İttifaqı ilə viza rejiminin ləğv olunması üçün Türkiyə bütün şərtlərə əməl etməlidir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Çexiyanın baş naziri Boquslav Sobotka “Twitter” səhifəsində dərc edib.
Qeyd edək ki, Avropa Komissiyası Türkiyə üçün viza rejiminin ləğv olunmasını mayın 4-də təsdiqləməlidir.
Razılaşmaya əsasən, Aİ ilə vizaların ləğv olunması üçün Türkiyə Aİ-nin 72 bənddən ibarət tələblərini icra etməlidir. Avropa Komissiyası hesab edir ki, Türkiyə şərtlərin yalnız yarısına əməl edib.