|
|
|
|
"Gülər Əhmədovanın əmlakının siyahıya alınması barədə məlumatlar həqiqətəuyğun deyil və ola da bilməz. Çünki, Gülər Əhmədova hazırda təqsirləndirilən şəxs qismində dindirilir.
Əmlakın siyahıya alınması o vaxt aparılır ki, təqsirləndirilən şəxsin cinayət əməli sübuta yetirilir və əmlakın müsadirəsinə ehtiyac duyulduğu barədə məhkəmə qərar çıxardır. Bu xəbəri yazanların görünür ki, hüquqi prosedurlardan xəbərləri yoxdur”.
Bu sözləri Mövqe.az-a Gülər Əhmədovanın nümayəndəsi, hüquqşunas Zülfiyyə Bayramova deyib. Onun sözlərinə görə, mətbuatda siyahısı əksini tapan əmlak barədə onda heç bir məlumat yoxdur: "Mən Gülər Əhmədovanın bircə evi olduğunu bilirəm. Amma onu deyə bilərəm ki, əmlakın müsadirəsindən hələki söhbət gedə bilməz. Axı Gülər Əhmədova hazırda təqsirləndirilən şəxs qismində dindirilir. Üstəlik əmlakın müsadirəsinə ehtiyacın olduğu barədə ortada qərar da yoxdur”.