https://525.az/img/pics/medium/2024-04/311502_gkhqky4ifd.jpg Səssiz dünyanın balaca sakinləri
https://525.az/img/pics/medium/2024-01/301055_9vh7brhgcd.jpg Mir Cəlalın hekayələri: sadə mətnlər, dərin mətləblər - Dilarə Adilgil yazır
https://525.az/img/pics/medium/2024-04/311500_xw6kn8fjkv.jpg “100 illik şanlı tarix” adlı tədbir keçirilib
https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
search
26 Aprel 2024

Ardadan "Barselona"dan ayrılacağı iddialarına cavab

Ardadan "Barselona"dan ayrılacağı iddialarına cavab

"Barselona"nın futbolçusu Arda Turan komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu daha 4 il "Barselona"da qalacağını deyib:

"Barselona" ilə daha 4 illik müqaviləm var. Mən bu komandada uzun vədəli layihənin tərkib hissəsiyəm.

Türkiyədə yazılan bəzi xəbərlər məni məyus edir. Həyatım boyu pulu, karyeranı deyil, gənclərə örnək olmağı seçən bir insanam.

Vaxtı gəldikdə milli komandadan da ayrılacağam. Siz mənə güvənin. Bilirsiniz ki, meydandakı problemləri həll edə bilirəm.

Günün sonunda xatırlanacaq tək şey mənim "Barselona"da oynadığım gerçəyi, qazandığım kuboklar və əldə edəcəyim uğurlar olacaq". 

Qeyd edək ki, Arda Turan ötən yay "Atletiko"dan "Barselona"dan transfer olunub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.