Sentyabrın 26-27-də paytaxtın Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə 525.az-a "Azərsu” ASC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İstehlakçıların içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə "+ 69 Şərq" su anbarında əsaslı yenidənqurma və genişləndirmə işləri aparılır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.