Baş nazirin saytında Xocalıya dair petisiya yerləşdirilib
525.az-ın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyəti Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə Böyük Britaniya baş nazirinə ünvanlanmış petisiyanın imzalanması kampaniyasına (http://teas.eu/az/khojaly) başlayıb.
Britaniya hökumətinin saytında yerləşdirilən (http://epetitions.direct.gov.uk/petitions/45878) petisiyada baş nazir Deyvid Kemerondan Xocalı qətliamı və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyən bəyanat verməsi təkid edilir.
Petisiya Böyük Britaniya vətəndaşları və rezidentlər üçün imzalanmaya açıqdır.