Milli Məclisin (MM) üzvü Sevinc Fətəliyeva MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru seçilib.
525.az-ın məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində artıq Gənclər Parlamentlərarası Assambleyasının ilk iclası baş tutub. S. Fətəliyevanın rəhbərlik etdiyi nümayəndə heyətinə Tələbə Gənclər Təşkilatının sədri Nərgiz Hüseynova , Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) İdarə Heyətinin üzvü Emin Hacıyev , “İrəli” İctimai Birliyinin Nəzarət- Təftiş Komissiyasının sədri Xəqani Fərəcov daxildirlər.
Səfər çərçivəsində S. Fətəliyevanın və MM-in MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərovun iştirakı ilə bir çox məsələlər müzakirə olunub, yaradılan Asambleyanın MDB dövlətləri arasında əməkdaşlığın inkişafında gənclərin rolundan söhbət açılıb. Assambleyanın iclasda isə MDB ölkələrinin Gənclər Parlamentlərarası Assambleyasının kordinaatorunun seçilməsi , iş planının təsdiqi və cari ildə görüləcək işlər müzakirə olunub. Müzakirlərdən sonra səsvermə nəticəsində yekdilliklə S. Fətəliyeva MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru seçilib.
Bundan əlavə, Azərbaycan nümayəndə heyəti Sankt-Peterburqun Smolnıy İnstitutunun tələbələri və Sankt-Peterburqdakı Gənclər Şurasının nümayəndələri ilə görüşüb , müzakirələr aparılıb.
K.Həmzəoğlu