Malayziya polisi Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşını öldürməkdə şübhəli bilinən 4-cü şəxsi saxlayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onun Şimali Koreya vətəndaşı olduğu bildirilir.
Məlumata görə, 47 yaşlı kişi dəfələrlə Malayziyaya səfər edib.
Bundan əvvəl hadisə ilə əlaqədar iki qadın - 29 yaşlı Vyetnam, 25 yaşlı İndoneziya vətəndaşı və 26 yaşlı malayziyalı oğlan polis tərəfindən tutulub.
Kim Çen Inın 46 yaşlı qardaşına qarşı sui-qəsd fevralın 14-də, Kuala-Lumpur aeroportunda törədilib. İlkin versiyaya əsəsən, hücum zamanı yüksək toksiki təsirli “VX” maddəsindən istifadə olunub.