”İctimai Televiziya və Radio Yayımları Şirkətində kadr dəyişikliyinin olub-olmayacağını zaman göstərəcək”.
Lent.az-ın verdiyi məlumata görə, bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni seçilən baş direktoru Cəmil Quliyev söyləyib. Cəmil Quliyev deyib ki, televiziyada peşəkar insanlar çalışmalıdır: “Məqsədim İctimai Televiziyada mədəniyyət proqramlarının sayını artırmaqdır”.
Cəmil Quliyev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icra katibi vəzifəsində də qalacağını da söyləyib.