Yanvarın 12-də “Əsgər ölümlərinə son” etiraz aksiyasında 600 manat cərimələnən Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslının cəriməsinin islah işləri ilə əvəz olunması ilə bağlı məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, bu gün keçirilən məhkəmə prosesində həmin cərimənin 200 saat məcburi əməklə əvəz edilməsi haqqında hökm çıxarılıb.