"Nə televiziyalar, nə də mətbuat Azərbaycan dilinin tam səlisliyinin qorunmasına fikir verir. Biz alimlərdən soruşurlar ki, siz haradasınız?"
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında AMEA prezidenti Akif Əlizadə deyib.
O bildirib ki, mültikulturalizmin elmi əsaslarını da mütləq təhlil etmək lazımdır:
"Azərbaycan tarixini saxtalaşdıranlara qarşı mübarizəmiz də dönməz olmalıdır".
AMEA prezidenti qeyd edib ki, bu gün dünyada elm maliyyə axtarır:
"Ancaq alimlərimiz Avropa, dünya qrantları üçün müraciət etmir və qrantlardan istifadə etmir.
İnstitutların direktorlarından tələb edirəm, qrant məsələsinə xüsusi diqqət yetirilməlidir".