https://525.az/img/pics/medium/2024-04/311502_gkhqky4ifd.jpg Səssiz dünyanın balaca sakinləri
https://525.az/img/pics/medium/2024-01/301055_9vh7brhgcd.jpg Mir Cəlalın hekayələri: sadə mətnlər, dərin mətləblər - Dilarə Adilgil yazır
https://525.az/img/pics/medium/2024-04/311500_xw6kn8fjkv.jpg “100 illik şanlı tarix” adlı tədbir keçirilib
https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
search
26 Aprel 2024

Suares olmasaydı, Messi “Barselona”dan gedirdi…

Suares olmasaydı, Messi “Barselona”dan gedirdi…

“Barselona”nın futbolçusu Lionel Messi ötən il komandadan ayrılmaq istəyib.

Qol.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, 29 yaşlı hücumçu ötən il Argentina millisi ilə Kopa Amerikanın finalında Çiliyə məğlub olduqdan sonra təkcə milli komanda karyerasını başa vurduğunu açıqlamayıb, eyni zamanda Kataloniya klubundan da ayrılmaq istədiyini rəhbərliyə bildirib.

Final oyununda penaltidən yararlana bilməyən argentinalı ulduz matçdan sonra özünü məğlubiyyətə görə günahkar sayıb. Daha sonra İspaniyada vergidən yayınmaqda ittiham olunaraq hakim qarşısına çıxan Lionel hər şeyin üst-üstə gəldiyini görərək “Barselona”dan getmək fikrinə düşüb.

Sabiq baş məşqçisi Pep Qvardiolanın çalışdırdığı “Mançester Siti”yə keçmək istəyən Messini bu fikrindən komanda yoldaşı Luis Suaresin yayındırdığı iddia olunur.

Qeyd edək ki, “Barselona” müqaviləsi 2018-ci ildə bitən L.Messi ilə yeni müqavilə imzalamaq üçün çalışmalarını davam etdirir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.