Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 21-də Masallı rayonunda vətəndaşları qəbul edəcək.
Dövlət komitəsindən verilən məlumata görə, qəbul Masallı şəhəri Heydər Əliyev Mərkəzində (Qarabağ küçəsi, 17) saat 11:00-da keçiriləcək. Qəbulda Masallı, Cəlilabad, Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan dövlət komitəsinin Masallı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Ceyhun ABASOV