Sabah gənclər və idman naziri Azad Rəhimov Şirvanda vətəndaşlarla görüşəcək.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir Şirvan, Hacıqabul, Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarının əhalisininin problemlərini dinləyəcək.
Görüş saat 11.00-da Mərkəzi Mədəniyyət Evində başlayacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar mayın 27-dən başlayaraq müvafiq şəhər və rayonların gənclər və idman idarələrinə müraciət edərək qeydiyyatdan keçiblər.