Beynəlxalq və analitik jurnalistikanın mövcud durumu Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin bir qrup tələbəsinin fakültənin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu ilə beynəlxalq və analitik jurnalistikanın mövcud durumu mövzusunda söhbəti.
24.05.19
"Onlara İsfəndiyar Vahabzadə yox, Bəxtiyar Vahabzadənin adı lazımdır" - Müsahibə Mən bütün müsahibələrimdə, çıxışlarımda dəfələrlə demişəm ki, mən nə iqtidarçıyam, nə də müxalifətçi, mən - Azərbaycançıyam. Ömrümün sonuna kimi də bu fikirlə qalasıyam. Müxalifətə keçmək qəbahət, günah, cinayət deyil, amma mən müxalifətə keçməmişəm, keçmək fikrim də yoxdur. Sona kimi də heç bir partiyanın üzvü olmayacağam. Əgər hansı tərəfdə fikir, ideya gözəl olarsa, mən də o tərəfi dəstəkləyərəm.
16.05.19
Əli Günvar: "Əsl ədəbiyyat "tribunaya oynamaz" Türkiyəli şair Əli Günvar bu günlərdə paytaxtımızın qonağı oldu. Onunla görüşüb, Azərbaycana gəliş səbəbi, poeziya, Türkiyə ədəbiyyatı və başqa bir sıra mətləblərdən danışdıq: 07.05.19
"Bu əməliyyat bütün dünyada ilk dəfə aparıldı" - Paşa Qəlbinurla müsahibə İnsanın bədəninin müxtəlif nahiyyələrində həmin bu hüceyrələrin "depo"ları var. Onlar öz-özünə artmaq, bölünmək xüsusiyyətinə malikdir. Bununla onlar müxtəlif mahiyyətli hüceyrələrə, toxumalara deferensasiya edə bilirlər. 05.05.19
"At kimi işlədim, it kimi yaşadım" - Elza Seyidcahanla müsahibə Bəstəkar Elza Seyidcahanın Heydər Əliyev adına saraydakı möhtəşəm solo konsertindən necə təsirləndimsə, düşüncələrimi yazmaq istədim. Amma və lakin bu gözəl musiqiçinin yaradıcılığında o qədər ziq-zaq var ki, yazıya qərar versəm, suallarım cavabsız qalacaqdı. Yazı yazmağa qərar vermədim. Sual verdim. Suallar verdim. Cavabları sizinlə birgə oxuyaq. 04.05.19
Ümüd Abbas Nihani: "Gənc ədəbiyyatçılarda doğru-dürüst birlik yoxdur deyə..." Bugünlərdə redaksiyamızın qonağı olan gənc şair, rejissor, qiraətçi Ümüd Abbas Nihani ilə yenicə qalib seçildiyi Nəsimi müsabiqəsindən, İmadəddin Nəsimi yaradıcılığına münasibətindən, çağdaş ədəbi mühitimizdən və bir sıra başqa mövzulardan danışdıq.
29.04.19
"Ədəbiyyatı şəxsi müstəvidə qiymətləndirmək düzgün deyil" Hazırda bir roman üzərində işləyirəm. Ötən il "ARB" Televiziyasında yayımlanan "Xalqın şairi" müsabiqəsində finalçılardan olmuşdum. Nigar Həsənzadənin rəhbəri olduğu "Söz" ədəbi layihəsində dəfələrlə iştirak etmişəm. "Nəsimi" festivalının qalibi olmuşam. Bu baxımdan fikirləşdim ki, kitabın zamanı yetişib və beləcə ilk kitabım işıq üzü gördü.
26.04.19
Müəllim fenomeni - Müsahibə Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində qocaman ali təhsil ocağının müəllimləri unudulmaz ustadlarını xatırlayırlar.
25.04.19
Natəvan Dəmirçioğlu: "Ədəbiyyat müstəvisində hər kəs özü boyda görünür" Natəvan Dəmirçioğlu maraqlı yazıçı, tanınmış publisistdir. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi var. Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiridir. Hal-hazırda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyir. Media üzrə ekspertdir. "Qılınc və Qələm", "İlin qadın yazıçısı" kimi mükafatlar alıb. 24.04.19
Aydın Amanov: "Dövlətimiz neft-qaz sahəsində çox düzgün siyasət yürüdür" Nə yalan deyim, onunla müsahibəyə gedəndə qarşımda işləməkdən yorğun düşmüş, uzun illər əllərinə bulaşan neft qədər qaraqabaq bir qocayla qarşılaşacağımı düşünürdüm. Çünki müsahibimin bu yaxınlarda yetmiş yaşı tamam olacaq və o, ömrünün çox böyük hissəsini ölkəmiz üçün ən lazımlı və bir o qədər də çətin sahəyə - neft-qaz sektoruna həsr edib. 19.04.19
"Sənətimi heç nəyə dəyişmədim" İndiyə kimi yadımdadır, qabiliyyət imtahanında Əliheydər Ələkbərov, Rza Təhmasib, bəstəkar Şəfiqə Məmmədova kimi tanınmış sənət adamları əyləşmişdi. Məndən nə etüd istədilər, nə də ritmimi yoxladılar, soruşdular ki, nə hazırlamısan? Dedim, Mikayıl Müşfiqin bir şeirini, bir də Maksim Qorkinin "Fırtına quşu"ndan bir parça hazırlamışam. Mənə qulaq asandan sonra dedilər ki, daha bu abituriyentdən ayrı şey soruşmaq lazım deyil. Yeganə abituriyent idim ki, imtahanların hamısından beş almışdım. Beləcə mən instituta daxil olub Əliheydər Ələkbərovun kursunda oxudum.
19.04.19
Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı Bakı Dövlət Universitetinin bir əsrlik yubileyi ərəfəsində onun tarixində iz qoymuş yüzlərlə görkəmli alim və pedaqoq yada düşür. Onlar gözlərinin nuru, qəlblərinin odu ilə adlarını tarixin yaddaşına həkk ediblər. 17.04.19
O əjdahadan bizdə niyə yoxdur? - Zülfü Livaneli ilə müsahibə İstanbulun İstiqlal küçəsində yerləşən Yapı Kredi Kültür və Sənət Mərkəzinə ilk gedişimin səbəbi yazıçı, ssenarist, resjissor, siyasətçi Zülfü Livaneli ilə müsahibə almaq idi. Məni orada nəyin gözlədiyini bilmirdim. 06.04.19
Rəna Mirzəzadə: “Cəmiyyətimizdə gözlə görünən və görünməyən o qədər çatışmazlıqlar var ki...” Həmsöhmətimiz - AMEA Fəlsəfə İnstitutunda şöbə müdiri, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, “Tərəqqi” medallı Rəna Mirzəzadə ilə cəmiyyətimizin çatışan və çatışmayan yönlərindən, davranış mədəniyyətindən və televiziyanın, mətbuatın bu sahədəki rolundan danışdıq. 01.04.19