Unudulmaz illər - Aqşin Babayevin yazısı Həyatımın böyük bir hissəsi Bakı Dövlət Universiteti ilə bağlıdır. Müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağındakı unudulmaz tələbəlik illərim tez-tez kino lenti kimi gözlərimin önündən keçir. 22.11.19
Görkəmli cərrah, unudulmaz şəxsiyyət - Anım İnsanları zaman yetirirsə, bəzi insanlara tarixi formalaşdırmaq qismət olur. Ölkəmizin səhiyyə sistemində yaddaqalan və heç vaxt unudulmayan, adları insanların qəlbinə böyük hərflərlə yazılmış həkimlərimiz olub. Haqqında söhbət açacağım görkəmli müəllim-həkim Mürsəl Əbülfəz oğlu Qarayev (1919-1975) belə səhiyyə xadimlərimizdəndir. 21.11.19
İyirmi ilin iki saatı - İsfəndiyar Vahabzadənin hekayəsi Telefonun zənginə yuxudan ayıldım. Bu vaxt mənə kim zəng edə bilər ki... Torşeri yandırıb istər-istəməz saata baxdım. Səhər saat beşin yarısı idi. Nömrəyə baxdım. Başqa ölkədən gələn zəng idi. Amma Bakı nömrəsi deyildi. 20.11.19
Yazıçı xoşbəxtliyi - Xalq şairi Sabir Rüstəmxanlı yazır Azərbaycanda uzun ömür sürmək, yüz il, yüz on il yaşamaq, özəlliklə mayası dağlarda tutulmuş adamlar üçün, o qədər də qeyri-adi, təəccüblü iş deyil. Siz də, şükür, yüzə doğru inamla yüksəlirsiniz. Ancaq bu uzun ömürdə qocalıq bilməyən ilhamla, kökdən düşməyən həvəslə yazıb-yaratmaq qeyri- adi bir hadisədir və hər kişinin işi deyil. Bu mənada Siz Allahın sevdiyi bir qələm sahibisiniz; taleyinizə 75 illik bir ədəbiyyat ömrü düşüb və bu gün də yorulmadan yazırsınız... 18.11.19
Xalq təfəkkürü - Kamal Abdulla yazır Həyatda hər şey olduğu kimi görünmür. Odur ki, bir çox fikir mühəndisləri, söz sərrafları, yazıçılar, şairlər dünyanın pozulmuş mizanını sahmana salmaq üçün daim çalışır, bu yolda əbədi çaba göstərirlər. Bu, əbəs, faydasız, bihudə cəhd deyil, missiyadır, vicdan borcudur. 16.11.19
Ürəklə yazılanlar - Rəşad Məcidin publisistikası Cəmiyyətin inkişafı uğrunda mücadilə eləcə həqiqət axtarışı, özünütapma və özünüetiraf naminə azad fikrin ilahi yüksəlişinin təntənəsidir. 14.11.19
Gitaranı muğam alətinə çevirən Rəmiş - Yubiley Təkrarolunmaz sənəti ilə ürəkləri fəth edən Rəmişin bu günlərdə 75 yaşı tamam olur. Mən də öz adımdan və minlərlə Rəmişsevərlər adından Rəmişi yubileyi münasibətilə təbrik edir və ona həyatda ən gözəl nemət olan cansağlığı arzu edirəm. 13.11.19
Rüstəm Behrudinin özü haqqında bilmədikləri - Kamran Əliyevin yazısı Ədəbiyyatımızda Rüstəm Behrudi adında bir imza var. Bu imza ötən əsrin axırlarından bu günə qədər yol gəlir və bundan sonra da dayanmadan həmin yolu tutub gedəcəkdir. Bu yolun başlanğıcı da Vətən, sonu da Vətəndir! 11.11.19
Ağ adamın hədiyyəsi - Aqil Abbas İradə Tuncaydan danışır Kəlbəcərdən Laçına gedəndə Gəlin qayasını keçəndən sonra Yüzbulaq adlandırılan bir yaylaq var. Bu yaylaqda bir-birindən bəzən on metr, bəzən əlli metr, bəzən bir az da aralı göz yaşı kimi bulaqlar qaynayır. 09.11.19
İradə Tuncayın hikməti - Mehriban Sərdarovanın yazısı Bir neçə il əvvəl növbəti tarixi statusunda tarixi akademik səviyyədə tədris edən tarixçi professor belə bir şərh yazdı: "İradə xanım, tarixi siz yazasınız kaş, sizdən oxuyaq!"
08.11.19
Bədii təhsildə ənənə və varislik - Timuçin Əfəndiyev yazır Məlum olduğu kimi, hər hansı bir sahənin inkişafı üçün onun tədrisi mühüm rol oynayır. Bədii ənənənin ötürülməsi və inkişaf etdirilməsi məhz təhsillə, müəllim-şagird-tələbə (biz burada həm müəllim, həm də şagird-tələbə sözlərini ümumi mənada işlədirik - müəl.) bağlılığı ilə birbaşa əlaqədardır. 07.11.19
Bir ömürə beş ömür sığışdıran Vurğun Əyyub - Əli Şamilin yazısı Vurğun Əyyubla nəinki qohumluğum, heç simsarlığım da yoxdur. Bir kənddə, heç eyni bölgədə də doğulmamışıq. Doqquz yaş fərqimiz olduğundan tələbəliyimiz də eyni illərə düşməyib. Mən 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib təyinatla Naxçıvana getdiyim günlərdə Vurğun Əyyub tələbə kimi Azərbaycan Pedaqoji İnstitutunun auditoriyasına daxil olub. 06.11.19
1926-27-ci illərin "Molla Nəsrəddin" jurnalında Naxçıvan - Araşdırma Hüseyn Ələkbər oğlu Əsgərov 1955-ci il dekabr ayının 13-də Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1977-ci ildə ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra bir il "Şərq qapısı"qəzetində, 23 il Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsində işləyib. 05.11.19
Praktik dilin tərcümanı: professor Musa Adilov Mən Bakı Dövlət Universitetinin filologiya fakültəsinə çox bağlı adamlardan biriyəm. Bəlkə ona görə ki, mən bu Universitetdə oxuduğum illərdə bitirdiyim jurnalistika ixtisası filologiya fakültəsinin nəzdində bir şöbə idi və sonralar bu şöbə filologiyadan ayrılıb özü bir fakültə olanda, doğrusu, buna mən o qədər də sevinməmişdim. 01.11.19
Fuadın Cəbrayıl dastanı - Nizami Cəfərov yazır ..." Fuad dünyası" kitabı ilk növbədə ona görə xüsusi maraq doğurur ki, onun ideyası bir ailənin haqlı olaraq öz qəhrəman övlad ilə fəxr duyması miqyasından çox-çox kənara çıxıb kifayət qədər dərin mənəvi-ictimai məzmun kəsb edir. 28.10.19
Ay tutulan gecənin səhəri - Novruz Nəcəfoğlunun hekayəsi Bu səhərim Bəhruzun gül üzünə açıldı. Həmişəkindən tez oyanmışdı. Məni elə yataq otağımda salamlayıb halımı da xəbər aldı, sonra çəkilib getdi. Bir ara görünmədi, Bəhruzdu da, yəqin ümumi otaqda, elə divanın üstündə döşəksiz-yorğansız, güllü çit mələfəyə bükülüb şirin-şirin yatan qardaşı Nəcəfi oyatmağa gedib, - deyə düşündüm.
26.10.19
Xoşbəxtlik üçün doğulmamış dostum - Əli Əmirli yazır Yeddi ilin sözüdür. Altmış üç yaşında qəfil ölümün səni yaxından tanıyanları, təbii ki, məni də - qırx beş ilin dostunu da sarsıtdı. Özün öz ayağınla Qubaya getmisən, doğma Nügədi kəndinə. Elə bil əcəl aparıb səni, dəfn yerinə yaxın olasan, heç kimə artıq zəhmət verməyəsən. Həqiqi təvazökar insanların ölümü də təvazökar olur, heç kimi incitmədən, heç kimə yük olmadan, səssiz-səmirsiz köçür dünyadan. 25.10.19
Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri Qonşudan piano səsi gəlir, tanış musiqi dəfələrlə təkrar olunur. Yadıma sala bilmirəm - bu dejavyumu, yoxsa uşaqlıqdan, ya hansısa bədii əsərdən, filmdən beynimdə qalan səhnəmi?! Hər nədirsə hüzn yaradır... 21.10.19
Müdrikləşən Elçin Mirzəbəyli poeziyasından bir yarpaq - Əflatun Amaşovun yazısı Azərbaycan ədəbiyyatının Elçin imzaları sarıdan bəxti gətirib, üzüağdır. Müasir nəsrimizin Elçin Əfəndiyev zirvəsini tanımayan yoxdur. Ədəbiyyatımızın ağsaqqallarındandır, Xalq yazıçısıdır. Sayını hesablayıb başa çatdıra bilmədiyim irili-xırdalı əsərləri on cilddə toplanıb.
20.10.19
Yeni elmi nəslin böyük müəllimi - Yubiley On il bundan əvvəl akademik İsa Həbbibəylinin 60 illik yubileyi ərəfəsində belə bir yazı yazmışdım: "Naxçıvanda İsa Həbibbəyli elmi məktəbi, yaxud ənənə davam edir". 10 il keçəndən sonra isə bu başlığın özlüyündə dəyişiklik tələb etdiyini müşahidə elədim. Təkcə mənim düşüncəmdə yox, Azərbaycan elmi-ədəbi mühitində belə bir ifadəni artıq tez-tez eşidirik: "Azərbaycanda İsa Həbibbəyli elmi məktəbi".
19.10.19