Prezident şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılmasına 20 milyon manat ayırıb Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. 24.12.19
Daşkəsəndə 284 evə qaz verilib Bu gün Daşkəsən rayonunda 3 qəsəbədə ümumilikdə 284 fərdi yaşayış evinə mavi yanacağın verilməsi təmin olunub. 24.12.19
Vaqif Mustafazadənin xatirəsi anılıb Mili Konservatoriyada Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım gününə həsr olunmuş tədbir keçirilib. 24.12.19
Qəfil gün doğdu bir gecə... - Reportaj Dekabrın 18-də Heydər Əliyev sarayının qarşısındakı izdihamın səbəbi Xalq şairi Ramiz Rövşənin şeirləri əsasında yazılan mahnılar və muğam parçalarından ibarət "Qəfil gün doğsa bir gecə" adlı konsert idi. Öncə foyedə Ramiz Rövşənin kitabları diqqət çəkdi. Oxucular sevimli şairlərinin kitablarını alıb, fürsət düşmüşkən özünə imzaladırdılar. 21.12.19
Bir fotonun hekayəsi - Umud Mirzəyev yazır Beynəlxalq Avrasiya Mətbuat Fondunun təmsilçisi olaraq mən və mənim həmkarlarım tez-tez müxtəlif ölkələrə səfərlərə gedir, vacib tədbirlərdə, o cümlədən, BMT-nin qərargahında təşkil olunan tədbirlərdə iştirak edirik. 21.12.19
Aktyor əzəməti - İlham Rəhimli yazır Yasin Qarayevin teatrda yarımştata keçəndən sonra oynadığı rollardan biri də Cəfər Cabbarlının "Oqtay Eloğlu" dramının tamaşasındakı Hacı Zaman obrazıdır. 17.12.19
Könül ki var, şüşədir - Təranə Məmmədovanın məqaləsi Harada ağılın gücü tükənirsə, orada qolun gücü işə düşür... İş o deyil ki, kimsə kiməsə şiddət göstərir. Başqasının heysiyyətinə toxunan hər hansı neqativ davranış - bağırtı, xəyanət, paxıllıq... Heç də fiziki təzyiqdən az təhlükəli deyil, hətta daha amansızdır; çünki fiziki şiddətdən dəri, yaxud əzələ zədələnirsə, mənəvi-psixoloji hücumlar qəlb qırır, könül sındırır. 14.12.19
Azərbaycan balet sənəti və onun inkişafı - Timuçin Əfəndiyevin yazısı XX əsrin əvvəlləri Azərbaycan intibahının ən önəmli səhifələrindən olub. O intibahın ki, ictimai və mədəni həyatın bütün sahələrinə sirayət edib - zehinləri silkələyib, aydınları təəssübkeş millət fədailərini hərəkətə sövq edib. Və beləcə, milli birincilər, şərəfli hadisələr, uğurlar silsiləsi həyata qədəm qoyub. 13.12.19
Heydər Əliyev zirvəsinə akademik baxış - Eynulla Mədətlinin yazısı Azərbaycanda çoxlu uca dağlar və zirvələr vardır. Lakin hətta ən uca zirvə belə ölkənin hər yanından görünmür. Heydər Əliyev zirvəsi isə nəinki Azərbaycanın hər güşəsindən, hətta yaxın-uzaq ölkələrdən də yaxşı görsənir. 12.12.19
Əbədiyaşar şəxsiyyət - Mehparə Axundova Şirməmməd Hüseynovdan yazır Bu yaşımda çox insanlarla qarşılaşmışam. Ancaq Şirməmməd müəllim kimisinə rast gəlməmişəm. Obyektivlik, hadisələrə düzgün qiymət vermək, nəfs toxluğu Şirməmməd müəllimə xas cəhətlər idi. Vəzifəsinə görə kiməsə yarınmaq ona yad idi. Sözü üzə deməyi xoşlayırdı.
11.12.19
Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri ... Ötən əsrin 90-cı illərində İstanbulun Fateh səmtində səhər pəncərəni açarkən daş kömürün tini vurardı adamı. Bu qoxu həm də qədimlik və təbiilik oyadır, keçmişə nostalji yaradırdı. Çoxdandır yoxa çıxıb o qoxu. İndi rus qazının həniri daha çox duyulur ətrafda. 09.12.19
Söz qalası - Nizami Cəfərov yazır Şair dostum Ramiz Qusarçaylının dəvəti ilə bu yaxınlarda Qubada Mədəniyyət evində keçirilən gözəl bir poeziya məclisində regionda yaşayıb-yaradan tanınmış şairlərin həm şeirlərini, həm də ədəbiyyat, bədii yaradıcılıq barədəki mülahizələrini dinlədik. Və səmimiyyətlə deyə bilərəm ki, bir neçə saat davam edən görüş məndə günlərlə təravətini qoruyub saxlayan son dərəcə xoş duyğular oyatdı. 07.12.19
Ağrıyan şair - Xalq yazıçısı Elçin Məhəmməd Hadidən yazır Məhəmməd Hadi cəmi 41 il yaşayıb, ancaq onun poeziyasındakı vətən və millət harayı heç vəchlə bu 41 il çərçivələrinə sığışmır. XX əsr Azərbaycan klassik poeziyasında Hadi qədər birbaşa, müstəqim surətdə "vətən" və "millət" ifadələrini işlədən ikinci şair yoxdur və bu ifadələr onun poeziyasını tam, bütöv şəkildə müəyyənləşdirən obrazlara çevrilib. 05.12.19
Kamal Abdulla ömrü: yalnız faktlarla Dekabrın 4-ü görkəmli alim və ədib, Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik Kamal Abdullanın doğum günüdür. Çağdaş Azərbaycanın ədəbi, elmi və ictimai mühitində müstəsna yeri və rolu olan Kamal Abdullanı bu doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq, yeni yaradıcılıq uğurları arzulayırıq. 04.12.19