|
|
|
|
“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Rusiya xarici siyasəti üçün prioritet olmaqda davam edir”.
APA-nın “armenpress”ə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
“Rusiya tərəflər üçün münasib olan siyasi yol əsasında Dağlıq Qarabağ münaqişəsinin həllini tapmağa çalışan vasitəçidir”, - deyə səfir vurğulayıb.