Dekabrın 24-də Hacıqabul rayonunda iki dəfə zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, ilkin məlumatlara əsasən yerli vaxtla saat 16:58-də və 17:00-da Əli Bayramlı stansiyasından 32 və 35 km şimal-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.
Birinci qeydə alınan zəlzələlərin maqnitudası 3.3, dərinliyi 5 km, ikinci zəlzələnin isə maqnitudası 3.5, dərinliyi 5 km olub.
Zəlzələ hiss olunmayıb.