https://525.az/img/pics/medium/2024-05/312583_dvmmzxd3jv.jpg Fransa Ukraynaya əsgər göndərdi
https://525.az/img/pics/medium/2024-05/312579_gcv8trtyhy.jpg Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
search
5 May 2024
4 May 2024

Braziliya, Nigeriya və İsveçrədən ilk qələbə

Braziliya, Nigeriya və İsveçrədən ilk qələbə

Dünya çempionatında 2-ci turun oyunları davam edir.

Qol.az-ın xəbərinə görə, dünən E qrupunda 2, D qrupunda isə 1 görüş keçirilib.

E qrupunda mundialın favoritlərindən sayılsa da, ilk turda İsveçrəni uda bilməyən (1:1) Braziliya millisi 2-ci oyununda Kosta-Rikanı sınağa çəkib. Beşqat dünya çempionları qrup sonuncusu ilə oyunda əsas vaxta əlavə olunmuş dəqiqələrdə 2 qol vuraraq, mundialda ilk qələbələrini qazanıb.

E qrupunun digər matçında Serbiya və İsveçrə milliləri üz-üzə gəliblər. Matçda hesabı Serbiya açsa da, İsveçrə yığması sonradan 2 qol vurmaqla əzmkar qələbə qazanıb.

D qrupunda isə Nigeriya İslandiya ilə qarşılaşıb. Bu oyunun nəticəsi daha maraqla gözlənilirdi. İslandiya qələbə qazanacağı təqdirdə Argentinanın qrupdan çıxmaq şansı xeyli azalacaqdı. Ancaq islandiyalıların Nigeriyaya uduzması intriqanı son tura saxlayıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.