|
|
|
|
Rusiya prezidenti Vladimir Putin iyulun 11-də İsrail baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlər, Fələstin-İsrail münaqişəsinin nizamlanması və Suriyadakı vəziyyət müzakirə olunacaq.
Qeyd olunub ki, İsrail baş naziri Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının Xorvatiya və İngiltərə komandaları arasındakı yarımfinal oyununu izləyəcək.