|
|
|
|
Rusiyanın baş qərargah rəisi Valeri Gerasimov və ABŞ qərargah rəisləri komitəsinin sədri Cozef Danford arasında telefon danışığı baş tutub.
Trend-in məlumatına görə, söhbət 4 yanvarda baş tutub.
Söhbət ərzində tərəflər Suriyadakı vəziyyət və terrorçuluqla mübarizə, həmçinin iki tərəf üçün maraq doğuran digər aktual mövzuları müzakirə ediblər.