Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) elmi-tədqiqat və innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, dünya təhsilinin yeni meyarları üzrə təşəbbüslərin araşdırılması və tətbiqinə dair yeni ideyaları olan elmmetriya və rəqəmsal təhsil üzrə mütəxəssislər üçün iş imkanı yaradır.
Eyni zamanda, tələbələrlə işləməyə həvəs göstərən, öz bilik və bacarıqlarını daim təkmilləşdirən və iqtisadiyyat ixtisası üzrə müəllim kimi çalışmaq arzusunda olanları UNEC-in Zaqatala filialına dəvət edir.
Müraciət etmək istəyənlər 31 yanvar 2019-cu il tarixinədək CV-lərini vakansiya adını yazmaqla [email protected] ünvanına göndərə bilərlər.