|
|
|
|
Braziliyanın Minas-Jerays ştatında bəndin dağılması nəticəsində ölənlərin sayı 34 nəfər çatıb.
Trend-in "Globo" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin xilasetmə xidmətlərindən bildiriblər.
Daha əvvəl "Reuters" agentliyi xilasedicilərə istinadən 10 nəfər öldüyünü bildirirdi.
"Globo"nun məlumatına əsasən, hadisə nəticəsində 23 nəfər xəsarət alıb. Bəndin dağılmasından sonra 296 nəfər itkin düşmüş sayılır.
Qeyd edək ki, ötən gün Braziliyanın Minas-Jerays ştatında şirkətinin metallurgiya sənayesinin tullantılarının olduğu suyu saxlayan bənd dağılıb.