|
|
|
|
Fransanın DİN rəhbəri Kristof Kastaner "sarı jiletlilər" hərəkatının 11-ci etiraz aksiyasında baş verən zorakılığı pisləyib.
Trend-in məlumatına görə, bu barədə daxili işlər naziri K.Kastaner öz "Twitter" səhifəsində yazıb.
K.Kastaner deyib: "Mən "sarı jiletlilər" altında gizlənən xuliqanlar tərəfindən Parisdə və əyalətlərdə yerindən törədilən zorakılığı və dağıntıları ən qəti şəkildə pisləyirəm".
Qeyd edək ki, Fransada "sarı jiletlilər" hərəkatının ötən gün keçirilən 11-ci etiraz aksiyasında azı 69 min insan iştirak edib. Etiraz aksiyaları zamanı paytaxt Parisdə 52 nəfər saxlanılıb.