|
|
|
|
Yunanıstanın Salonik şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə parlamenti tərəfindən Skopye razılaşmasının təsdiqlənməsinə qarşı etiraz aksiyası keçirən nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq ediblər.
"Report" xəbər verir ki, bu haqda "CNN Greece" telekanalı bildirib.
Qeyd edilir ki, etirazçılar Holokost qurbanlarına həsr edilmiş Xatirə günündə prezident Prokopis Pavlopulosun çıxış etməli olduğu Musiqi Sarayının ön giriş hissəsində toplaşıblar. Nümayişçilər polis kordonunu yararaq, konsert zalına soxulmağa çalışıblar. Bu vaxt polis əməkdaşları onlara qarşı gözyaşardıcı qaz tətbiq edib.
Daha əvvəl Afina polisi Makedoniyanın adınının dəyişdirilməsi ilə bağlı razılaşmaya qarşı keçirilən mitinqdən sonra yaranmış kütləvi iğtişaşlar zamanı azı 133 nəfəri saxlayıb.