|
|
|
|
ABŞ prezidenti Donald Tramp Çinlə aparılan danışıqları uğurlu adlandırıb.
Trend-in məlumatına görə, prezident Çin məhsullarının idxalına daha öncə martın 1-nə planlaşdırılan rüsumların tətbiq olunma müddətini uzadıb.
"Bildirmək istəyirəm ki, ABŞ Çinlə ticarət üzrə vacib struktur məsələlər üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə nail olub", - deyə Tramp "Tvitter" sosial şəbəkəsində bildirib.