|
|
|
|
ABŞ Prezidenti Donald Tramp ölkənin Türkiyədəki səfiri vəzifəsinə Devid Satterfildin namizədliyini irəli sürüb.
Trend-in məlumatına görə, Satterfildin namizədliyi Senata göndərilib. Senat baxdıqdan sonra namizədliyi qəbul və ya rədd edə bilər.
Xatırladaq ki, Satterfild dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi vəzifəsini icra edir. Bundan əvvəl isə Satterfild ABŞ-ın Misir, İraq, Livan, Suriya və Səudiyyə Ərəbistanı səfirliklərində çalışıb.
Satterfild ərəb, fransız və italyan dillərini bilir.
Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri vəzifəsi 2017-ci ilin oktyabrından vakant qalıb.