AMEA Qafqazşünaslıq İnstitutunda Xocalıda Ermənistanın törətdiyi soyqırımının 27-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib.
İlk öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı çıxış edərək bildirib ki, Xocalıda Ermənistan bəşəriyyətə və sivilizasiyaya qarşı dövlət səviyyəsində cinayət törədibr. O, Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsində Ümummilli lider Heydər Əliyevin, tanıdılmasında isə Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətlərindən bəhs edib.
Daha sonra İnstitutun elmi işlər üzrə direktor müavini Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev, institutun əməkdaşı Məzahir Sadıxov BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələri barədə danışıb, beynəlxalq qurumların soyqırıma hüquqi-siyasi qiymət verməsinin vacibliyini bildiriblər.