|
|
|
|
Suriyanın şimalındakı təhlükəsizlik zonasına yalnız Türkiyə nəzarət etməlidir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "NTV" və "Star TV" telekanallarına müsahibəsi zamanı bildirib.
T.Ərdoğan qeyd edib ki, Suriya xalqı Türkiyəyə inanır:
"Suriyalılar Türkiyəyə o qədər inanırlar ki, yerli tayfalar təkidlə bizi Münbiçdə tədbirlər görməyə çağırırlar".
Türkiyə prezidentinin sözlərinə görə, hazırda Türkiyənin əsas məqsədi Münbiçin PYD/YPG terror təşkilatından tam azad etməkdir.
T.Ərdoğan ABŞ-nı daha əvvəl Vaşinqton tərəfindən terror qruplaşmasının üzvlərinə verilən silahları geri almaq barəsində verdikləri sözü tutmağa çağırıb.
T.Ərdoğan vurğulayıb ki, Suriyanın şimalında yaradılması planlaşdırılan təhlükəsizlik zonasına yalnız Türkiyə nəzarət etməlidir:
"Orada biz olacağıq".