|
|
|
|
Meksikada boru kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.
Trend-in məlumatına görə, ölənlərdən 68-i dərhal hadisə yerində, digərləri isə xəstəxanalarda həlak olub.
Qeyd edilir ki, 8 nəfər hələdə xəstəxanalarda qalır - 5 nəfər Mexikoda, 3 nəfər isə ABŞ-ın Texas ştatında.
Xatırladaq ki, yanvarın 18-də İdalqo ştatının Tlauelilpan rayonunda qanunsuz qoşulmalara görə yaranan yanacaq sızması nəticəsində partlayış baş verib.