Azərbaycan Respublikası Prezidentinin yeni köməkçisi təyin edilib.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.
Qeyd edək ki, Anar Ələkbərov Birinci vitse-prezidentin köməkçisi olub.