“Moskva Bakı ilə İrəvan arasında təmasların davam etməsini alqışlayır”.
525.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib ki, bu müzakirələr yenilənmə və tərəflər arasındakı mübahisəli məqamların həlli üçün vacibdir.