Qəzzada atəşkəs və əsir mübadiləsi üçün Misirin paytaxtı Qahirədə nümayəndə heyətləri arasında aparılan danışıqlar bu gün yekunlaşıb.
525.az xəbər verir ki, mövzu ilə bağlı Misirdə yayımlanan "Əl-Qahirə əl-İxbariyyə" televiziyasının yüksək səviyyəli bir məmura əsaslanaraq məlumat yayıb.
Xəbərə görə, adı açıqlanmayan rəsmi Qahirədə tərəflər arasında aparılan danışıqların bu gün yekunlaşdığını bildirib.
Rəfahda gərginliyi artırmağın təhlükəli olduğunu İsrailə çatdırdıqlarını bildirən mənbə Misirin istənilən ssenariyə hazır olduğunu bildirib.
Qahirədəki danışıqlarda HƏMAS, Qətər və ABŞ-dən nümayəndə heyətlərinin iştirak etdiyi bildirilib.
Xəbərdə Qətər və ABŞ nümayəndə heyətlərinin Misir təhlükəsizlik heyəti və HƏMAS heyəti ilə görüşlərini davam etdirdiyi, Misirin Qəzza zolağında atəşkəsin təmin edilməsi istiqamətində səylərini davam etdirdiyi bildirilib.
Malik Atilay