
Bu ilin iyulun 1-nə Azərbaycanda ləğv prosesində olan 19 bank üzrə 1 milyard 729 milyon 888 min manat kompensasiya ödənilib.
525.az xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Sevinc Səlimova Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, hesabat dövrünə kompensasiya ödənilən əmanətçilərin sayı isə 63 888-ə çatıb.
S. Səlimova deyib ki, hazırda aktiv banklarda olan fiziki şəxslərin əmanətlərinin 83 %-i qorunan, 17%-i isə qorunmayan əmanətlərdir: "Ümumi əmanətçilərin 99,7 %-i və ya 11 574 nəfəri qorunan, 0,1 %-i və ya 0,6 min nəfəri isə qorunmayandır".



